song lyrics / MC B.u.S / Əmanət lyrics  | FRen Français

Əmanət lyrics

Performer MC B.u.S

Əmanət song lyrics by MC B.u.S official

Əmanət is a song in indeterminate language

Nə qədər düşünmək istəməsəm də bunu
Düşünürəm nə olacaq axırı?
Nə olacaq axı? Tanrım gecələr o tərəfə çağırır məni
Amma ki, gedə bilmirəm, içimdə doludur sözüm, bitmir, hə

Beyində o qədər sual var ki, daha nəyə görə yaşayıram özüm bilmirəm
Problem dolur içimə, (ey!) çəkirəm tütün içimə
Dünyada o qədər məsələ, elə bil hamısı yığılıb mənim içimə
Gecələr yuxusuzluq, düşünmək səhərlər uzun-uzun
Görəsən aparır haralara bizi kapitalizmin uçurumu?

Küçədə ac qalan uşağa bax, çətin ki nəyisə bacaracaq
Çətindi nəyisə bacarmaq, amma o əlbət ki, nəyisə bacaracaq
Anası deyəndə “vəda et, oğlum”, öyrənəcək burda ədalət olmur
Çalışacaq olmasın səfalət sonu, burda ədalətli vətəndaşın şəfaəti olmur

Gəl bura bir az, qulağın eşitsin həqiqət bir az
Məktəblər vermirlər təhsili, alırlar, bir az acıdır bu, qəribə bir az
Eşidib bilirsən özünü yad, küçədə doludur gecə fəryad
Görməmisən bunu bilmirsən, çünki səni atan çağırır ki, gəl evə yat

Tez, rədd ol, get evə yat, məhlələr əmanət bizə onsuz
Bir gün ölüb gedəcəyik, amma burda adımız qalacaq daim sonsuz

Biz küçəyə əmanətik
Küçələr əmanət bizə
Küçəyə əmanətik
Küçələr əmanət bizə

İllərdir hər yerdə döyüşürük, amma qalib olmamışıq hələ də bax
Müğənnilər indi narkobaron, amma bizim adımız qalıb narkoman
Haqqına döyüşüm, həri, gətirin rəqibi döşüyüm, həri
Qan içində qalsın beş gün əlim, (ha-ha) ona baxıb biz yenə də gülərik

Önümdə nə qədər itib batanları görmüşəm, hələ də yola davam
Tək çarə özünsən inan ki, heç bir vaxt kömək olmayacaq "seyid ağa”n
Səhnədə nə qədər rəqibim ölüb, şeytanın üzünə baxıram gülüb
O belə qorxub qaçır məndən, “diss” ataram sonra alovu sönər

Xırdalan öyrədir olmağı sərt, küçələr öyrədir qorxağa dərd
Özün kimi yaşa qalxassan göylərə, burda qaldırmırlar zəifə əl

Biz küçəyə əmanətik
Küçələr əmanət bizə
Biz küçəyə əmanətik
Küçələr əmanət bizə (ey!)

Vacib olan, inan deyil qazanmaq
Əsas olan savaşmaqdır, ey!
Vacib olan, inan deyil qazanmaq
Əsas olan savaşmaqdır, ey!
Ey, ey, ey!
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.

Comments for Əmanət lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol at the top of the bulb
2| symbol at the top of the heart
3| symbol to the left of the clock
grid grid grid
grid grid grid
grid grid grid