song lyrics / MC B.u.S / Göyqurşağı lyrics  | FRen Français

Göyqurşağı lyrics

Performer MC B.u.S

Göyqurşağı song lyrics by MC B.u.S official

Göyqurşağı is a song in indeterminate language

Həyata yenidən baxaq
Gətir, süz, içək çaxır
Dəftərlər qurtarır, yenisi açılır
Beynimdə fikirlər dayanmır, axır

Yenə yeni “пачка” qurtardı
Yenə həmşəki kimi ölü kimiyəm
Sözümə qiymət verən yoxdur, mən
Elə bil, Baba Pünhan kimiyəm

Uçmaq istəyirəm buludlara
Uçmağa qanadım var idi, qırılıb
Xəyallarımı əynimə geyinmişəm
Yenə yıxılmışam, üstüm cırılıb

Deyəsən bu da bir sınaq
Demə sən, bu da bir sınaq
Əsəbləşirəm, dəli oluram
Əlini çək, həyat, üstümü burax

Əlini çək, həyat
Əlini çək, həyat
Üstümü burax
Ey, üstümü burax

Əlini çək, həyat
Əlini çək, həyat
Üstümü burax
Üstümü burax

Artıq düşünmək istəmirəm mən
Nə olacaq yenə, nə edəcəyik sabah?
İçdən yazan iki şair var
Biri mən Babayam, biri Məşədi Baba

Ürəyim o qədər çox soyuqdur ki
Hər gün bədənimin istisi azalır
Tüstü ciyərimə o qədər hopub ki
Gözlərimin içi də, üstü də qızarıb

Sevinmək istəyirəm, amma
Görmürəm göy qurşağını
Ürəyim oynamaq istəyir yenə
Hey, qaytarın uşağlığımı

Deyəsən bu da bir sınaq
Demə sən, bu da bir sınaq
Əsəbləşirəm, dəli oluram
Əlini çək, həyat, üstümü burax

Əlini çək, həyat
Əlini çək, həyat
Üstümü burax
Ey, üstümü burax

Əlini çək, həyat
Əlini çək, həyat
Üstümü burax
Üstümü burax
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.

Comments for Göyqurşağı lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol to the left of magnifying glass
2| symbol to the left of the clock
3| symbol at the bottom of the camera
grid grid grid
grid grid grid
grid grid grid