song lyrics / MC B.u.S / Yaxşı Deyiləm lyrics  | FRen Français

Yaxşı Deyiləm lyrics

Performer MC B.u.S

Yaxşı Deyiləm song lyrics by MC B.u.S official

Yaxşı Deyiləm is a song in indeterminate language

Son zamanlar nəsə hər şey çox pis gedir
Səndə də elədir deyəsən
Qulaq as...

Necəsən? Dostum, de... Bu gün mən də yaxşı deyiləm
İstəyirəm dərimi soyunub, üstündən yağışı geyinəm
Hə, yaxşı deyiləm, bu gün mən də yaxşı deyiləm
Dərdimi kimə danışıramsa, "həyatdır, axışı" - deyirlər

Səhər-axşam yazıram, heç bir şeyə yaramasa da
Düşünürəm ki, bəlkə bir az yazsam əgər, yaram azalar
Xeyri yoxdur, tanrı, çiynimə elə yük qoyub ki
Başqa heç nə bacarmıram, adım qalıb “yaramaz adam”

Qələmim qəm bulağıdır, yazdığım hər bir ahım da
Nifrətimin göz yaşıdır, süzülən qəm bulağından
Meyvə almaq üçün evdə bir qəpiyimiz olmayanda
İlk meyvəni 10 yaşımda dərdim mən günah bağından

Dərdini kim soruşsa, denən ki, dost, keçib artıq
Qocaldıqca keçir artıq, illər bizi seçib artıq
Həyatı böyüyəndə öyrənərsən - demişdilər
Atam öləndə böyümüşəm mən, tam 15 il keçib artıq

Yumruğum yığılır, qəlbim isə kin bəslər
Get-gəlməzə doğru yolum, dilimdədir "Qan" bəstəm
Dərsdən qovuldum o vaxt, müəllimim öyrətdi ki, mənə
Çantanı at belinə, çıx get, xeyir gəlməz heç kəsdən

Dərd içdən çürüdür bax, gün örtdükcə yaş artır
İstədiklərin olmur və əsəb verir qaşıntı
Kobud sifətliyəm çünki, son dəfə yerə yıxılanda
Arzularımdan dağ yığıb, yumruğumla aşırtdım!

"Yarıda qoyub getmə, Baba, heç bir şey düzəlmədən"
Yarıda qoyub gedən deyiləm, heç bir şey düzəlmədən
Söz verirəm sənə, dostum, hədəflərim bitən yerdə
Düşmənlərin meyidindən, sərhəd düzəldəcəm!

Xaraba Records
Xırdalan Underground
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.

Comments for Yaxşı Deyiləm lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol to the right of the thumbs up
2| symbol to the left of the envelope
3| symbol at the bottom of the television
grid grid grid
grid grid grid
grid grid grid