song lyrics / MC B.u.S / Şikəstə lyrics  | FRen Français

Şikəstə lyrics

Performers MC B.u.SHüseyn Can

Şikəstə song lyrics by MC B.u.S official

Şikəstə is a song in indeterminate language

Sən nə verirsən, ver mənə istəmirəm...
(Həyat... Həyat!)
Mən səndən heç bir şey gözləmirəm...
(Həyat... Həyat!)

Sən nə verirsən, ver mənə istəmirəm...
(Həyat... Həyat!)
Mən səndən heç bir şey gözləmirəm...
(Həyat... Həyat!)

Şərəfsizdir alçaq həyat (alçaq həyat)
Kimdə pul var onda həyat
Sən güclüsən, amma mən səndən də güclüyəm
Bacarırsan keç üstümdən, dayanmışam yolda, həyat!

Qolumda qandal həyat, sonsuz yoldur həyat
100 manatlıq fəhlə üçün, evində çörəkdir həyat
Anaya övlad həyat, kasıba namus həyat
Alçağa zordur həyat, varlı üçün puldur həyat

Yetimə nankor həyat, dindara cənnət həyat
Məhbusa gözləyənidir, bir də ki, ümiddir həyat
Balası xəstə üçün sadəcə zülmdür həyat
Ədalət varsa, gətir, qarın doyuzdurmur həyat!

Sən nə verirsən, ver mənə istəmirəm...
(Həyat... Həyat!)
Mən səndən heç bir şey gözləmirəm...
(Həyat... Həyat!)

Sən nə verirsən, ver mənə istəmirəm...
(Həyat... Həyat!)
Mən səndən heç bir şey gözləmirəm...
(Həyat... Həyat!)

Qorxan gözə çöpdür həyat (çöpdür həyat)
Kimi üçün sevgi həyat
Kiminə çirkindir, kimi üçün gözəldir həyat
Alkaşa dərdləri ilə sahildə araqdır həyat

Dərdimə dərman həyat, yoxdur heç nə əldə, həyat
Qatilə ya silahdır, ya bıçaq, ya qandır həyat
Rəssama rəngdir həyat, əsgərə xalqdır həyat
Dövlətə bayraq həyat, şəhid üçün torpaq həyat

Qəfəsdə bir quş üçün sadəcə azadlıq həyat
Kimi üçün mənəm, bizik, kimi üçün sənsən həyat
Babaya mikrofondur, qələmdir, vərəqdir həyat
Nə etsən də, xeyri yoxdur, sonunda ölümdür həyat

Sən nə verirsən, ver mənə istəmirəm...
(Həyat... Həyat!)
Mən səndən heç bir şey gözləmirəm...
(Həyat... Həyat!)

Sən nə verirsən, ver mənə istəmirəm...
(Həyat... Həyat!)
Mən səndən heç bir şey gözləmirəm...
(Həyat... Həyat!)
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.

Comments for Şikəstə lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol at the bottom of the camera
2| symbol at the top of the eye
3| symbol at the top of the house
grid grid grid
grid grid grid
grid grid grid